Ayxan Abbasov Azərbaycan U-21 millisinin baş məşqçisi oldu

Ayxan Abbasov Azərbaycan U-21 millisinin baş məşqçisi oldu
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, aşağı yaş qruplarından ibarət Azərbaycan futbol yığmalarının baş məşqçiləri müəyyənləşib.

AFFA-nın qərarına əsasən, U-21 millisinin baş məşqçisi vəzifəsi Ayxan Abbasova həvalə olunub. U-19 yığmasına Elxan Abdullayev, U-18 komandasına İlham Yadullayev, U-17 millisinə isə Aqil Nəbiyev rəhbərlik edəcək.

Məlumata görə, baş məşqçilərlə 2025-ci ilin sonuna qədər müqavilə imzalanıb.

Açar sözlər: Ayxan Abbasov, Azərbaycan U-21 yığması, AFFA, futbol baş məşqçiləri, Elxan Abdullayev, İlham Yadullayev, Aqil Nəbiyev.

Dostuna göndər xəbərdən agah olsun: