Binəqədidə yük avtomobili aşıb, yol bağlanıb

Agah.az xəbər verir ki, Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində “Baksol yolu” adlanan ərazidə yük avtomobili aşıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırovun verdiyi məlumata görə, qəza nəticəsində həmin ərazidə bütün istiqamətlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.
Məlumatda qeyd edilir ki, NİİM yol polisi ilə birgə nəqliyyatın hərəkətini tezliklə bərpa etmək üçün bütün zəruri tədbirləri həyata keçirir.
Açar sözlər: Binəqədi rayonu, yük avtomobili qəzası, yolun bağlanması, NİİM, yol polisi, Baksol yolu, nəqliyyatın məhdudlaşdırılması.