Milli Parklarda İstirahət Günləri üçün Hava Proqnozu Açıqlanıb

Agah.az məlumat verir ki, martın 15-16-da ölkənin milli parklarında əsasən yağmursuz və mülayim hava şəraiti gözlənilir.
Göygöl Milli Parkı – Gecə və səhər saatlarında zəif duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 5-10°, gündüz 20-24° isti olacaq.
Şahdağ Milli Parkı – Turistləri sabit və yağmursuz hava gözləyir. Gecə və səhər dumanlı olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 2-6°, gündüz 17-22° isti olacaq.
Altıağac Milli Parkı – Hava əsasən yağmursuz keçəcək. Zəif duman və mülayim şərq küləyi müşahidə olunacaq. Temperatur gecə 10-13°, gündüz 20-24° isti olacaq.
Şimal bölgəsi – Burada da əsasən yağmursuz hava proqnozlaşdırılır. Gecə və səhər zəif duman, mülayim şərq küləyi gözlənilir. Temperatur gecə 10-12°, gündüz 27-29° isti olacaq.
Şirvan Milli Parkı – Sabit və yağmursuz hava şəraiti müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 9-11°, gündüz 25-27° isti olacaq.
Ağgöl Milli Parkı – Hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi gözlənilir. Temperatur gecə 7-9°, gündüz 23-26° isti olacaq.
Qızılağac Milli Parkı – Səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər zəif duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 6-10°, gündüz 20-23° isti olacaq.
Hirkan Milli Parkı – Cənub bölgəsinə səyahət edənlər üçün əsasən yağmursuz hava proqnozlaşdırılır. Gecə və səhər zəif duman müşahidə olunacaq. Temperatur gecə 6-10°, gündüz 20-24° isti olacaq.