Tərtərdə Ata Oğlunu Qətlə Yetirib

Agah.az xəbər verir ki, Tərtər rayonunun Kəngərli kəndində qətl hadisəsi baş verib.
Məlumata görə, kənd sakini, 1968-ci il təvəllüdlü Muğan Həsənov münaqişə zəminində oğlu, 1991-ci il təvəllüdlü Emin Həsənzadəni bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.