Binəqədidə Polis Əməliyyatları Nəticəsində 22 Kiloqram Narkotik Aşkarlanıb

Binəqədidə Polis Əməliyyatları Nəticəsində 22 Kiloqram Narkotik Aşkarlanıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 22 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat nəticəsində 29 yaşlı İbrahim Sarmanov və 25 yaşlı Kamran Mütəllimov saxlanılıb. Onlardan 8 kiloqrama yaxın marixuana və tiryək aşkarlanıb.

Digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 29 yaşlı Orxan Cabbarov saxlanılıb. Ondan 4 kiloqrama yaxın marixuana, tiryək və 130 ədəd psixotrop tərkibli həb götürülüb.

Bundan əlavə, cari ilin əvvəlindən Binəqədi rayonunda həyata keçirilən tədbirlər zamanı narkotiklərlə bağlı 35 fakt aşkarlanıb. Eyni zamanda, polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində 21 ədəd odlu silah, 172 ədəd patron və 2 ədəd əl qumbarası aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun: