Bakı və Regionlarda Məktəbəqədər Təhsil Müəssisələrində Təmir İşləri Aparılacaq

Agah.az məlumat verir ki, 2024-cü ildə Bakı şəhəri və regionlar üzrə 235 məktəbəqədər təhsil müəssisəsində cari təmir işlərinin aparılması planlaşdırılır.
Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, hər il dövlət ümumi və məktəbəqədər təhsil müəssisələri monitorinq olunur və təmirə ehtiyacı olanlar müəyyənləşdirilir. Bu müəssisələrin təmir və tikintisi müvafiq cari və dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.
Hesabatda həmçinin bildirilir ki, dövlət büdcəsinin “Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitlər hesabına Bakı şəhərində yerləşən 328 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılıb.
Bundan əlavə, növbəti illər üçün dövlət investisiya proqramları çərçivəsində yeni məktəbəqədər təhsil müəssisələrinin tikintisi davam etdiriləcək.