İşğaldan Azad Olunmuş Ərazilərə Köç Prosesi Davam Edir

İşğaldan Azad Olunmuş Ərazilərə Köç Prosesi Davam Edir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, 2023-cü il ərzində ölkə üzrə 2 615 ailə – 10 233 nəfər işğaldan azad edilmiş Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə, Xocalı və Xocavəndə köçürülüb.

Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatına əsasən, bu il də köç prosesi davam etdirilib. Belə ki, 2024-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhərinə 163 ailə (536 nəfər), Zabux kəndinə 14 ailə (40 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər), Cəbrayıl şəhərinə 287 ailə (1 169 nəfər), Qarabağ iqtisadi rayonunun Füzuli şəhərinə 443 ailə (1 744 nəfər), Şuşa şəhərinə 369 ailə (1 388 nəfər), Xocalı şəhərinə 46 ailə (179 nəfər) və Xocalı rayonunun Ballıca kəndinə 48 ailə (271 nəfər) köçürülüb. Ümumilikdə isə bu il 1 429 ailə, yəni 5 542 nəfər öz doğma torpaqlarına qayıdıb.

Eyni zamanda, məcburi köçkünlər arasında məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. 2024-cü ildə 1 251 nəfər müxtəlif vakansiyalar üzrə işlə təmin edilib. Onlardan 469 nəfəri Füzuli şəhərində, 265 nəfəri Laçın şəhərində, 113 nəfəri Şuşa şəhərində, 133 nəfəri Zabux kəndində, 37 nəfəri Sus kəndində, 29 nəfəri Xocalı şəhərində, 59 nəfəri Cəbrayıl şəhərində, 129 nəfəri Zəngilan rayonunun Ağalı kəndində, 7 nəfəri Tərtər rayonunun Talış kəndində, 10 nəfəri isə Xocalı rayonunun Ballıca kəndində işə düzəlib. Ümumilikdə, indiyə qədər işlə təmin edilənlərin sayı 3 400 nəfəri ötüb.

Dostuna göndər xəbərdən agah olsun: