Ölkə Üzrə Videomüşahidə Kameralarının Sayı Artırılıb

Ölkə Üzrə Videomüşahidə Kameralarının Sayı Artırılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, 2023-cü ildə “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə əlavə 508 nöqtədə 1,9 min videomüşahidə kamerası quraşdırılıb. Bu kameraların 79 nöqtədə 227-si işğaldan azad edilmiş ərazilərdə yerləşdirilib.

Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub ki, hazırda ölkə ərazisində ümumilikdə 5,3 min nöqtədə 16,6 min videomüşahidə kamerası fəaliyyət göstərir. Bunun 3,5 min nöqtədə 11,1 mini Bakı şəhərində yerləşir.

Dostuna göndər xəbərdən agah olsun: