Yasamal rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq

Yasamal rayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, martın 14-də Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, fasilə Z. Xəlilov küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədardır.

Saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi əraziləri və Z. Xəlilov küçəsini əhatə edəcək.

Dostuna göndər xəbərdən agah olsun: