XİN: Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatıb

XİN: Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar başa çatıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşması ilə bağlı bəyanat yayıb.

Bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətninin razılaşdırıldığı qeyd olunub. Bununla yanaşı, Azərbaycan sülh sazişinin imzalanması üçün əsas şərt olaraq Ermənistanın konstitusiyasına Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılmasına dair dəyişiklik edilməsini tələb etdiyini bir daha vurğulayıb.

XİN həmçinin ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun rəsmi şəkildə ləğvinin zəruriliyini bəyan edib və iki ölkə arasında normallaşma prosesi üzrə dialoqun davam etdirilməsinə hazır olduğunu bildirib.

Dostuna göndər xəbərdən agah olsun: