İsveç Ukraynanın bərpası üçün 137,7 milyon dollar ayıracaq

İsveç Ukraynanın bərpası üçün 137,7 milyon dollar ayıracaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İsveç hökuməti Ukraynanın bərpası, inkişafı və humanitar ehtiyaclarının qarşılanması üçün 137,7 milyon dollar (1,4 milyard İsveç kronu) ayıracaq.

İsveçin beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Benjamin Dousa bu yardımın ölkə tarixində ən böyük mülki dəstək proqramı olduğunu bildirib. Yardım paketi dağıdılmış infrastrukturun bərpası, ərazilərin minalardan təmizlənməsi və tibbi heyətin təlimi kimi sahələri əhatə edəcək.

Nazirin sözlərinə görə, Ukraynaya yardım təkcə həmrəylik jesti deyil, həm də İsveçin öz təhlükəsizliyi baxımından vacib addımdır.

Dostuna göndər xəbərdən agah olsun: