İsrail ordusu Dəməşqə hava zərbəsi endirdiyini təsdiqlədi

Agah.az xəbər verir ki, İsrail Müdafiə Ordusu Dəməşqdə Fələstin təşkilatı “İslami Cihad”a məxsus komanda mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib.
İsrail Hərbi Hava Qüvvələrinin kəşfiyyat məlumatlarına əsaslanaraq həyata keçirdiyi əməliyyat zamanı hədəf İsrailə qarşı terror fəaliyyətlərini planlaşdırmaq və idarə etmək üçün istifadə edilən komanda mərkəzi olub.