“Azərbaycan Dəmir Yolları”nın tibb müəssisələri ləğv edilir

“Azərbaycan Dəmir Yolları”nın tibb müəssisələri ləğv edilir
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə verilməsi prosesi başlayıb. Bu addım Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli qərarına əsasən həyata keçirilir.

ADY-nin Həkim Sanitar Xidmətinin tabeliyində olan tibb müəssisələri müvafiq səhiyyə qurumlarının tabeliyinə veriləcək. Bu çərçivədə:

  • “Bakı Dəmir Yolu Xəstəxanası” MMC Respublika Pediatriya Mərkəzinə,
  • “1 saylı və 2 saylı Bakı Dəmir Yolu Poliklinikaları” MMC-lər Bakı Baş Səhiyyə Mərkəzinə,
  • “Ələt Dəmir Yolu Xəstəxanası” MMC Qaradağ Tibb Mərkəzinə,
  • “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC Gəncə Şəhər Birləşmiş Xəstəxanasına,
  • “Xaçmaz Dəmir Yolu Ambulatoriyası” MMC Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına,
  • “Hacıqabul Dəmir Yolu Ambulatoriyası” MMC Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına,
  • “İmişli Dəmir Yolu Xəstəxanası” MMC İmişli Rayon Mərkəzi Xəstəxanasına birləşdirilir.

Borc və öhdəliklərlə bağlı kreditorlar tələblərini iki ay ərzində müvafiq ünvanlara bildirə bilərlər.

Dostuna göndər xəbərdən agah olsun: