AFFA İntizam Komitəsi bir neçə məşqçiyə cəza tətbiq edib

Agah.az xəbər verir ki, AFFA İntizam Komitəsi U-13 Liqasının “Araz Bakı UFK” komandasının köməkçisi məşqçisi Ramin Fərruxluya 7 oyunluq cəza verib. Mütəxəssis “Binə” ilə oyun zamanı hakimə fiziki təzyiq göstərərək qırmızı vərəqə almış və meydandan qovulmuşdu.
U-14 Liqasının “Birlik” komandasının baş məşqçisi Zahid Əliyev isə 5 matçlıq cəzaya məruz qalıb. O, “Baku Sporting”lə oyunda və qarşılaşma bitdikdən sonra AFFA və hakimlərə təhqir dolu ifadələr işlətdiyi üçün cəzalandırılıb.
Region Liqasında Saatlının “Ümid” komandasının rəsmisi də eyni səbəbdən 5 matçlıq cəza alıb. “Marafon”la oyunda hakimləri təhqir edən komandanın baş məşqçisi Anar Cəbrayılov da 5 oyun müddətində texniki zonada yer almayacaq.