Qırğızıstanda zəlzələ nəticəsində 39 bina zədələnib

Qırğızıstanda zəlzələ nəticəsində 39 bina zədələnib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, martın 11-dən 12-nə keçən gecə Qırğızıstanın Oş vilayətində baş verən zəlzələ nəticəsində 39 bina zədələnib. Zəlzələ zamanı yaşayış evləri, məktəblər və uşaq bağçası da ziyan görüb.

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 25 yaşayış binası, 12 məktəb, bir uşaq bağçası və poliklinika zədələnib. Yaşayış binalarından biri “qəzalı və yaşamaq üçün təhlükəli” elan edilib.

Hazırda hadisə yerində zərərin qiymətləndirilməsi və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işlər davam etdirilir. Zəlzələnin episentri Qırğızıstanda olub və maqnitudası 4,9-a çatıb.

Dostuna göndər xəbərdən agah olsun: