Martın 14-də ölkə ərazisində hava proqnozu açıqlanıb

Martın 14-də ölkə ərazisində hava proqnozu açıqlanıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az məlumat verir ki, martın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 %, gündüz isə 60-65 % olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman gözlənilir, şərq küləyi əsəcək. Temperatur gecə 5-10°, gündüz 21-26° isti, dağlıq ərazilərdə isə gecə 3-8°, gündüz 15-20° isti olacaq.

Dostuna göndər xəbərdən agah olsun: