Çingiz Mehdiyevin məhkəmə prosesi başa çatır

Agah.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda elan edilib ki, Çingiz Mehdiyev iş üzrə dəymiş ziyanı tam ödəyib.
Prokuror çıxışında bunu nəzərə alaraq, ona 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilməsini təklif edib. Məhkəmə prosesi martın 17-nə qədər təxirə salınıb.
Qeyd edək ki, ittihama əsasən, Çingiz Mehdiyev Formula-1 yarışlarının təşkili üçün ayrılmış 400 min manata yaxın vəsaiti mənimsəməkdə günahlandırılır. İstintaq dövründə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.