Bakıda narkotik əməliyyatı: 14 kiloqram narkotik vasitə aşkarlanıb

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, polis paytaxtın Binəqədi və Sabunçu rayonlarında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Binəqədi Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat zamanı əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli tramadol və preqabalin həbləri aşkarlanıb.
Sabunçu rayonu ərazisində isə narkotiklərin satışını təşkil edən 5 nəfər – R.Həsənov, Ə.Əskərov, S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqram marixuana götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.