Prezident İlham Əliyev: “Ermənistana göndərilən silahlar bizə qarşı yönəlir”

Prezident İlham Əliyev: “Ermənistana göndərilən silahlar bizə qarşı yönəlir”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı Ermənistana göndərilən silahların təhlükəsindən danışıb.

Dövlət başçısı bildirib ki, həmin məhvedici silahlar Azərbaycana qarşı yönəldilir, halbuki bu cür silahlar hazırda başqa yerlərdə daha vacib ola bilərdi.

Prezident həmçinin Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasını tənqid edərək, onun əslində kəşfiyyat xarakteri daşıdığını vurğulayıb. O qeyd edib ki, bu missiyanın əsas məqsədi Azərbaycanın sərhədlərini izləmək və orada mümkün boşluqları araşdırmaqdır. Azərbaycan tərəfinin isə bu fəaliyyətlərə dair kifayət qədər kəşfiyyat məlumatlarının olduğunu bildirib.

Dostuna göndər xəbərdən agah olsun: