Prezident İlham Əliyev Roma Papasını təbrik edib

Agah.az məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə təbrik məktubu göndərib.
Dövlət başçısı məktubunda Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O, mədəniyyətlər və dinlərarası əməkdaşlığın genişləndiyini və multikultural dəyərlərin möhkəmləndiyini vurğulayıb.
Prezident İlham Əliyev Roma Papasının bu əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib və Azərbaycanın sivilizasiyalararası dialoqun təşviqində oynadığı rolu daim dəstəklədiyinə görə ona minnətdarlığını bildirib.
Sonda dövlət başçısı Roma Papasına möhkəm cansağlığı və uğurlar arzulayıb.