Masallıda əməliyyat: 10 kiloqram narkotik aşkarlanıb

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına əsasən, Masallı Rayon Polis Şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.
Əməliyyat zamanı 37 yaşlı Ceyhun Əliyev saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana və heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb və saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.