Xətai və Sabunçuda silah-sursat aşkarlanıb

Agah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
Keçirilən son əməliyyat zamanı Sabunçu rayonu ərazisində 1 avtomat silahı və 21 patron tapılaraq götürülüb. Xətai rayonunda isə 46 yaşlı şəxs 1 qumbara, 1 patron darağı və 240 ədəd müxtəlif çaplı patronu polisə könüllü təhvil verib.
Hazırda araşdırmalar davam etdirilir.