Vuqar Zeynalov Badamdar sakinləri ilə görüş keçirib

Vuqar Zeynalov Badamdar sakinləri ilə görüş keçirib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vuqar Zeynalov RİH-in məsul əməkdaşları ilə birgə Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə görüş keçirib.

Görüş zamanı sakinlərin problemləri dinlənilib, onları narahat edən məsələlərin həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və bu məsələlərin icrasının nəzarətə götürüldüyü bildirilib.

Sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən məmnun olduqlarını ifadə edərək, vətəndaş müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Açar sözlər: Vuqar Zeynalov, Badamdar qəsəbəsi, sakinlərlə görüş, Səbail Rayon İcra Hakimiyyəti, abadlıq işləri, vətəndaş müraciətləri.

Dostuna göndər xəbərdən agah olsun: