Sabah İmişlidə 700-ə yaxın abonentin qaz verilişi dayandırılacaq

Agah.az xəbər verir ki, sabah İmişli rayonunun Qızılkənd kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, Otuzikilər QPS-dən qidalanan qaz xəttlərində aşkar olunmuş sızmaların aradan qaldırılması və təmir işlərinin aparılması məqsədilə martın 13-də saat 09:30-dan etibarən 677 abonentin qaz təminatı dayandırılacaq.
Abonentlərdən qaz avadanlıqlarına nəzarət etmələri və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.