Bakıda sürücünü döyən və avtomobilə ziyan vuran şəxslər həbs edilib

Agah.az xəbər verir ki, Bakının Binəqədi rayonunda sürücüyə xəsarət yetirən və avtomobilə ziyan vuran şəxslər saxlanılıb.
Məlumata görə, Binəqədi qəsəbəsində bir qrup şəxs xuliqanlıq zəminində “Chevrolet” markalı avtomobilin sürücüsünü döyüb və nəqliyyat vasitəsinə qəsdən zərər yetirib.
Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı istintaq davam etdirilir.