Ukraynada hərbi vəziyyət müharibə bitdikdən sonra ləğv ediləcək

Ukraynada hərbi vəziyyət müharibə bitdikdən sonra ləğv ediləcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin yalnız müharibə başa çatdıqdan sonra ləğv ediləcəyini bildirib.

Brifinq zamanı Zelenski atəşkəsin əsas mərhələ olduğunu vurğulayaraq, Ukraynanın buna hazır olduğunu, lakin Rusiyanın mövqeyinin həlledici rol oynadığını qeyd edib. O, beynəlxalq tərəfdaşların atəşkəs prosesinə texniki nəzarət etməsinin vacibliyini də bildirib.

Ukrayna lideri qeyd edib ki, müharibə başa çatdıqdan sonra hərbi vəziyyət ləğv ediləcək və ölkədə qanunvericiliyə uyğun seçkilər keçiriləcək.

Xatırladaq ki, ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq 2025-ci ilin sonuna qədər Kiyevdə seçkilərin keçirilməsinin vacibliyini vurğulamışdı.

Dostuna göndər xəbərdən agah olsun: