Bərdədə yol qəzası yanğınla nəticələnib

Agah.az xəbər verir ki, Bərdə rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “Chevrolet” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın qısa müddətdə söndürülüb.