Bakının üç rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq

Agah.az xəbər verir ki, martın 13-də saat 10:00-dan etibarən Bakının Binəqədi, Xəzər və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik Südçülük Sovxozu və Binə Atçılıq ərazisində qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə qaz verilişi müvəqqəti dayandırılacaq.
Bu müddət ərzində Binəqədi rayonunun 1-ci Mədən, Korpus 125, 170, 93, Gülüstan, döngə 1, C.Cabbarlı küçələrinin bir hissəsi, Nəsimi rayonunun M.Əliyev, S.Ələsgərov, Ş.Bədəlbəyli küçələri, Xəzər rayonunun isə Buzovna qəsəbəsinin bir hissəsində qaz təchizatında fasilələr yaranacaq.