Masallı Sənaye Məhəlləsində 14,4 milyon manatlıq məhsul istehsal edilib

Agah.az məlumat verir ki, İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində indiyə qədər 14,4 milyon manat dəyərində məhsul istehsal olunub.
Məhəllədə investisiya dəyəri 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik verilib, onlardan 6-sı artıq fəaliyyətə başlayıb. Sahibkarlar indiyə qədər 2,1 milyon manat investisiya yatırıb və 70-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə isə daha 12,6 milyon manatlıq investisiya qoyuluşu və 300-dən çox daimi iş yerinin açılması planlaşdırılır.
Qeyd edək ki, Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin 13 iyun 2016-cı il tarixli sərəncamı əsasında yaradılıb və 10 hektar ərazini əhatə edir.