“Azərbaycan Dəmir Yolları” dumanlı hava ilə bağlı xəbərdarlıq edib

Agah.az məlumat verir ki, “Azərbaycan Dəmir Yolları” QSC dumanlı hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
Qurumun açıqlamasında bildirilir ki, son günlər müşahidə edilən duman platformalarda, dəmir yollarının və keçidlərin ətrafında görmə məsafəsinin azalmasına səbəb olub.
“Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən ehtiyatlı olmaq vacibdir. Sərnişinlərdən məhdudlaşdırıcı xətti keçməmələri xahiş olunur. Həmçinin, sürücülərə qatarın yaxınlaşmadığına və yolun aydın göründüyünə tam əmin olduqdan sonra hərəkət etmələri tövsiyə edilir”, – deyə məlumatda vurğulanıb.