Sumqayıtda avtomobil yanğını söndürülüb

Agah.az xəbər verir ki, Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı “112” qaynar xəttinə müraciət daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində “Mercedes” markalı minik avtomobilinin idarəetmə lövhəsində baş verən yanğın nəqliyyat vasitəsinin digər hissələrinə keçmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsində yerləşən elektrik avadanlıqları yanıb, lakin nəqliyyat vasitəsi bütövlükdə yanğından mühafizə olunub.