Bakıda dələduzluq edən iki nəfər saxlanılıb

Agah.az xəbər verir ki, Bakının Xəzər rayonunda dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikov zərərçəkən şəxsin 22 min 300 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.