Gürcüstanda narkotik cinayətlərinə görə 23 nəfər saxlanılıb

Gürcüstanda narkotik cinayətlərinə görə 23 nəfər saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) genişmiqyaslı əməliyyat və istintaq tədbirləri nəticəsində narkotik cinayətlərinə görə 23 nəfərin saxlanıldığını açıqlayıb.

Məlumata görə, saxlanılanlardan 14-ü narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olub. Onların arasında Gürcüstan, Azərbaycan, Fransa, Moldova, Rusiya və İran vətəndaşları var. Saxlanılan şəxslər narkotik vasitələrin böyük və xüsusilə böyük miqdarda dövriyyəsi, satışına cəhd və satışa hazırlıq ittihamları ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlar Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham olunurlar və bu cinayətlərə görə 20 ilədək həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq davam edir.

Dostuna göndər xəbərdən agah olsun: