Lökbatan qəsəbəsində qaz təchizatında fasilə olacaq

Lökbatan qəsəbəsində qaz təchizatında fasilə olacaq
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 12-də saat 10:00-dan etibarən qaz verilişi dayandırılacaq.

Fasilə 1-ci, 2-ci və 3-cü massivlərdə, həmçinin Nizami, Musəvi və S.Orucov küçələrinin bir hissəsində qaz təchizatına təsir göstərəcək.

Dostuna göndər xəbərdən agah olsun: