“Top Qapı” restoranında ciddi gigiyena qayda pozuntuları aşkarlandı

Agah.az xəbər verir ki, bu barədə AQTA-nın məlumatına əsasən Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən, fiziki şəxs Pərviz Almas oğlu Dadaşova məxsus “Top Qapı” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlanıb.
Yoxlama zamanı ətin ilkin emalı, mətbəx, təndirxana və digər sahələrdə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, qida məhsullarının düzgün şəraitdə saxlanılmadığı müəyyən edilib. Bundan əlavə, işçilərin tibbi müayinədən keçmədən çalışdığı və baytarlıq sənədi olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim olunduğu məlum olub.
Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam edir.
Açar sözlər: Top Qapı restoranı, AQTA yoxlaması, sanitar-gigiyenik qayda pozuntusu, Nərimanov rayonu, qida təhlükəsizliyi.