Baş nazir uşaq müəssisələrində xidmətlərin keyfiyyəti ilə bağlı yeni qərar imzaladı

Baş nazir uşaq müəssisələrində xidmətlərin keyfiyyəti ilə bağlı yeni qərar imzaladı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Baş nazir Əli Əsədov dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri təsdiqləyib.

Qərara əsasən, uşaq müəssisələrində uşaqların əqli, fiziki və psixoloji inkişafı üçün uyğun şərait yaradılmalı, işçilər icbari tibbi müayinədən keçməlidir. Həmçinin uşaqların fərdi məlumatlarının toplanılması və mühafizəsi ilə bağlı tələblər müəyyən edilib.

Sənəddə yaşayış şəraiti, yanğından mühafizə, sanitariya-gigiyena qaydalarına riayət edilməsi və qidalanmanın texniki normativ hüquqi aktlara uyğun təşkili məsələləri də əksini tapıb.

Bundan əlavə, uşaqların sağlamlığının qorunması, tibb müəssisələrində uçota alınması, immunizasiyaya cəlb edilməsi və müəssisələrdə lazımi dərman vasitələri ilə təchiz olunmuş tibb otaqlarının yaradılması da tələb olunur.

Qərar uşaqların təlim-tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi şəraitin yaradılmasını və bu müəssisələrdə mütəmadi monitorinqlərin aparılmasını nəzərdə tutur.

Açar sözlər: Baş nazir Əli Əsədov, uşaq müəssisələri, xidmət keyfiyyəti, yeni qərar, sağlamlıq, monitorinq, tibb müayinəsi, uşaq hüquqları.

Dostuna göndər xəbərdən agah olsun: