Ağsuda 31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində həyatını itirdi

Agah.az xəbər verir ki, Ağsu rayonunda 31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hadisə rayonun Çiyni kəndində baş verib. Məlumata görə, 1994-cü il təvəllüdlü İlxıcı kənd sakini Samir Əhmədzadə ehtiyatsızlıqdan elektrik naqilinə toxunub. O, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Ağsu, elektrik cərəyanı, faciəvi ölüm, Samir Əhmədzadə, Çiyni kəndi, bədbəxt hadisə.