“Dərnəgül”də taxta bazarında yanğın baş verib

Agah.az xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Dərnəgül taxta bazarı” ərazisində yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğınla bağlı “112” qaynar telefon xəttinə daxil olan çağırış əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin vaxtında müdaxiləsi nəticəsində alovun digər satış məntəqələrinə keçməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 140 kvadratmetr sahədə taxta altlıqlar, iki ədəd dəzgah, 6 kvadratmetr sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və 6 kvadratmetr sahədə satış köşkü yanıb. Digər tikililər və materiallar yanğından mühafizə olunub.
Açar sözlər: Dərnəgüldə yanğın, taxta bazarında yanğın, Fövqəladə Hallar Nazirliyi, Bakı Nərimanov rayonu, yanğın hadisəsi, yanğınsöndürmə tədbirləri.