Gəncədə qanunsuz qum-çınqıl daşıyanlar cərimələndi

Agah.az xəbər verir ki, Gəncədə yerin təkindən qanunsuz istifadə və qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun məlumatına görə, şəhər ərazisində qanunsuz qum-çınqıl daşınması və satışı ilə məşğul olan şəxslər aşkarlanıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və profilaktik söhbətlər aparılıb.
Açar sözlər: Gəncədə qanunsuz qum-çınqıl daşınması, qanunsuz fəaliyyətə qarşı tədbir, Daxili İşlər Nazirliyi, Gəncə Şəhər Baş Polis İdarəsi, inzibati cərimə, qanunsuz daşınma və satış.