Prezident Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrini genişləndirib

Prezident Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrini genişləndirib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev 12 may 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edib.

Dövlət başçısının imzaladığı yeni fərmana əsasən, Dövlət Xidmətinin vəzifələrinə “üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək” maddələri əlavə olunub.

Dostuna göndər xəbərdən agah olsun: