Yel çərşənbəsində 22 740 ağac tingi əkilib

Agah.az xəbər verir ki, Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisində meşə fondu torpaqlarında 22 740 ədəd müxtəlif növ ağac tingi əkilib və 200 kiloqrama yaxın toxum səpilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, meşəbərpa tədbirləri Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən Şabran, Xaçmaz, Göygöl, Masallı, Yevlax, Sabirabad, Ağcabədi, Tovuz, Qax, Şəki, Zaqatala və Oğuz rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.
Tədbirlərdə hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib.