Baş prokuror Suraxanıda vətəndaşları qəbul edib

Baş prokuror Suraxanıda vətəndaşları qəbul edib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonu və digər bölgələrdən olan vətəndaşlarla görüş keçirib.

Qəbul zamanı 17 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlərin araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmələrdə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı olub. Bu məsələlərin operativ həlli üçün aidiyyəti icra orqanlarına müvafiq tapşırıqlar verilib.

Daha sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına vətəndaş müraciətlərinə obyektiv baxılması və qəbul işinin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verib. O, tabe prokurorların bu məsələyə fərdi məsuliyyət daşıdığını vurğulayıb.

Baş prokuror həmçinin “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə tanış olub və sistemin daha da təkmilləşdirilməsi ilə bağlı təklifləri dinləyib.

Dostuna göndər xəbərdən agah olsun: