Pakistanda sərnişin qatarına hücum: 450-dən çox şəxs girov götürülüb

Agah.az xəbər verir ki, Pakistanda yaraqlılar sərnişin qatarına hücum edərək 450-dən çox şəxsi girov götürüblər. Hadisə martın 11-də Bəlucistan əyalətində baş verib.
Məlumata görə, qatar Kvettadan Peşavara hərəkət edərkən silahlı şəxslər tərəfindən atəşə tutulub, nəticədə qatarın maşinisti yaralanıb. Kvettada dəmiryol idarəsinin yüksək vəzifəli rəsmisi Məhəmməd Kaşif hadisə ilə bağlı açıqlamasında hücumu təsdiqləyib.
Hücuma görə, silahlı separatçı “Bəlucistan Azadlıq Ordusu” qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Lakin əyalət hökumətinin nümayəndələri və dəmiryol idarəsi girovların götürülməsi barədə məlumatı təsdiqləməyib.