Xəzər dənizində narkotik keçirmək istəyən balıqçılar saxlanıldı

Agah.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizi vasitəsilə Azərbaycana 10 kiloqramdan artıq narkotik keçirməyə cəhd edən iki balıqçını saxlayıb.
Məlumata görə, DSX-nin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində keçirilən əməliyyat zamanı Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus qayıqda axtarış aparılıb. Nəticədə ümumi çəkisi 10 kiloqram 385 qram olan marixuana aşkarlanıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.