Nazirlər Kabineti Rəqabət Məcəlləsinin tətbiq edilmədiyi halları təsdiqlədi

Nazirlər Kabineti Rəqabət Məcəlləsinin tətbiq edilmədiyi halları təsdiqlədi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Nazirlər Kabineti “Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar”ı təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar Rəqabət Məcəlləsinə əsasən hazırlanıb və aşağıdakı hallarda məcəllənin tələblərinin tətbiq edilməməsi və ya məhdud tətbiq edilməsi nəzərdə tutulub:

  • Ölkə ərazisində və ya müəyyən ərazilərdə hərbi vəziyyət elan edildikdə;
  • Ayrı-ayrı bölgələrdə fövqəladə vəziyyət elan edildikdə.

Bundan əlavə, Rəqabət Məcəlləsinin tələbləri müəyyən fəaliyyət sahələri və məhsullara da şamil edilmir. Bunlar arasında:

  • Hüquqi şəxs yaratmadan kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan fiziki şəxslər və ailə kəndli təsərrüfatları;
  • Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti;
  • Sənətkarlıq sahələri, o cümlədən misgərlik, qalayçılıq, saxsı və keramika məmulatlarının hazırlanması, xalq musiqi alətləri, oyuncaqlar, suvenirlər və məişət əşyalarının istehsalı (sənaye üsulu ilə istehsal istisna olmaqla);
  • Sərnişin və yük daşımaları;
  • Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar.
Dostuna göndər xəbərdən agah olsun: