Rusiya HHM qüvvələri 337 Ukrayna PUA-sını vurub

Rusiya HHM qüvvələri 337 Ukrayna PUA-sını vurub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, ötən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin müxtəlif regionları üzərində Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu, 2025-ci ildə indiyədək qeydə alınan ən böyük hücum olub.

“Ötən gecə ərzində HHM vasitələri ilə ümumilikdə 337 Ukrayna PUA-sı vurulub. Onlardan 91-i Moskva vilayəti, 126-sı Kursk vilayəti, 38-i Bryansk vilayəti, 25-i Belqorod vilayəti, 22-si Ryazan vilayəti, 10-u Kaluqa vilayəti, 8-i Lipetsk vilayəti, 8-i Oryol vilayəti, 6-sı Voronej vilayəti, 3-ü isə Nijni Novqorod vilayəti ərazisində məhv edilib”, – deyə nazirlikdən bildirilib.

Dostuna göndər xəbərdən agah olsun: