Bakıda yük avtomobili qadını vuraraq öldürüb

Bakıda yük avtomobili qadını vuraraq öldürüb
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda yük avtomobilinin vurduğu qadın həyatını itirib.

Hadisə Yasamal rayonu, Moskva prospektində baş verib. Məlumata görə, Sadiq Məmmədxanovun idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili Yelena İvanovnanı vurub. Qadın aldığı ağır xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər: Bakı, Yasamal rayonu, yol qəzası, yük avtomobili, Yelena İvanovna, ölüm, cinayət işi.

Dostuna göndər xəbərdən agah olsun: