Moskvaya kütləvi dron hücumu: Ölən və yaralananlar var

Agah.az xəbər verir ki, Rusiyanın Moskva vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı bir nəfər ölüb, üç nəfər yaralanıb.
Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov “Telegram” kanalında məlumat yayıb.
PUA hücumu səbəbindən Moskvanın Şeremyetyevo və Vnukovo hava limanlarının fəaliyyətində fasilə yaranıb. Təhlükəsizlik məqsədilə bu hava limanlarında təyyarələrin gəliş-gedişi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Moskva meri Sergey Sobyanin isə paytaxta doğru uçan 69 pilotsuz təyyarənin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Açar sözlər: Moskva, PUA hücumu, dron hücumu, hava limanı, Hava Hücumundan Müdafiə, ölən və yaralananlar.