Bakıda gənc qız dərman həblərindən zəhərlənərək vəfat edib

Agah.az xəbər verir ki, Bakıda çoxlu sayda dərman həbi qəbul edən gənc qız dünyasını dəyişib.
Məlumata görə, martın 8-i saat 21 radələrində 2002-ci il təvəllüdlü Ada Ədilzadənin meyiti yaşadığı Yeni Yasamal qəsəbəsindəki mənzildə tapılıb. Onun dərman həblərindən zəhərlənərək vəfat etdiyi bildirilir.
Gənc qızın dərmanları hansı məqsədlə qəbul etdiyi hələlik məlum deyil. Hadisənin intihar olub-olmaması araşdırılır.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.