Qarabağ Universitetinin Klinikasına yeni baş direktor təyin olunub

Agah.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Samir Namiq oğlu Babayev Qarabağ Universitetinin Klinikasına baş direktor təyin edilib.
Samir Babayev 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində, 2003-2007-ci illərdə isə Türkiyənin İstanbul Universitetində tibb təhsili alıb. O, 2009-2013-cü illərdə ABŞ-ın Nyu-York Tibb Kollecində rezidentura üzrə, 2013-2016-cı illərdə isə Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində təkmilləşdirmə proqramında iştirak edib.
Bundan əlavə, o, təxminən iyirmi il müddətində Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində və Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb.